Right Menu - Home Əsas Səhifə
Right Menu - Sitemap Səhifənin Xəritəsi
Right Menu - Contact Us Bizimlə Əlaqə
Right Menu - Bookmark Sevimlilər Listimə Əlavə Et
Right Menu - Print Çap et
 
THE CHAMPİONS

Fərdiləşdirilmiş Performans və Sağlamlıq Proqramımız - The Champions`a xoş gəlmisiniz!

The Champions ən müasir testlərlə əldə edilən nəticələrin, sahələrində dünyaca tanınmış mütəxəssis həkimlər tərəfindən qiymətləndirilərək individualların hədəfləri istiqamətində onlar üçün xüsusi qidalanma, məşq, müalicə və fizioterapiya planlarının hazırlandığı fərdiləşdirilmiş səhiyyə və performans proqramıdır.
The Champions proqramı fərdiləşdirilmiş, davamlı planlarla həyat səviyyənizi və fiziki performansınızı artırır. Proqram, təklif olunan planların davamlı olması üçün fərdlərin həyat şəraiti və vərdişləri nəzərə alınaraq hazırlanır. Müntəzəm keçirilən dəyərləndirmələrlə proqramın nə dərəcədə uğurlu olduğu yoxlanılır və lazımi hallarda proqram yenilənir.

Bəs The Champions proqramından kimlər istifadə edə bilər?
Hər yaş, səviyyə və hədəfdə həvəskar/professional idmançılar, idmana başlamaq istəyən irəli yaşdakı şəxslər.

  • Əzələ və oynaq xəstəlikləri olanlar;
  • Zədələnmə və xəstələnmə risklərini azaltmaq istəyənlər;
  • Erkən diaqnoz və qoruyucu həkimlik xidmətlərindən istifadə etmək istəyənlər;
  • Sağlam və gümrah qalmaq istəyənlər;
  • Yorğunluq problemi olanlar;
  • Tez-tez səyahət edənlər;
  • Fiziki performansları üçün ekspert dəyərləndirməsi almaq və performanslarını artırmaq istəyənlər;
  • Həyat tərzini dəyişmək istəyənlər istifadə edə bilərlər.

The Champions proqramına müraciət edənlərin əsas sağlamlıq problemləri nələrdir?

  • Yorğunluq;
  • Yuxu problemləri;
  • Əzələ və oynaq xəstəlikləri;
  • Tiroid və hormonal xəstəliklər;
  • Artıq çəki və çəki itkisi;
  • Kalsium və mədəaltı vəzi xəstəlikləri;
  • Diabet;
  • Yüksək xolesterin və/və ya yüksək trigliserid;
  • Osteoporoz və aşağı sümük sıxlığı;
  • D Vitamin çatışmazlığı.

The Champions proqramı heyəti Medicopin.Com-un tərkibində olan və beynəlxalq platformada nüfuzlu, öz sahələrində peşəkar olan endokrinoloq, idman həkimi, kardioloq, revmatoloq, qidalanma mütəxəssisi, idman fizioterapisti və fitness mütəxəssisindən ibarətdir. Hər fərd üçün təklif edilən qan, hormon və digər lazımi testlərin nəticələri Medicopin.Com-un mütəxəssis həkimləri tərəfindən qiymətləndirilir və, tamamilə, bu elmi qiymətləndirmə nəticəsində xüsusi müalicə təklifləri fərdlərin öz şərtləri daxilində optimal səhiyyə səviyyəsinə çatdırmağa, potensial enerjilərini maksimallaşdırmağa və bir ömür boyu  sağlam həyata davam etdirməyə yönəlmiş elmi planlar və proqramlar şəklində insanlara təqdim olunur.

Şəxsin fiziki vəziyyətini analizlərlə müəyyənləşdirən və ona sağlam bir həyat üçün rəhbərlik edən proqram, zədələnmə halında ən yeni əməliyyatsız müalicə metod və vasitələrini təqdim edir. Üzvlərini onlayn şəraitdə Amerikadakı mütəxəssis həkimlərlə ünsiyyətə keçirərək sürətli və asan bir şəkildə dəyərləndirmələrini təmin edir və onların sağlamlığını tam qoruma altında saxlayır.

Daha yaxşı bir performans və daha sağlam bir həyat sadəcə bir “klik” uzaqda!

Texnologiyanın imkanlarını müasir tibbin xidmətinə təqdim edən Medicopin ilə yeni bir təcrübəyə hazırsınızmı? Etibarlı və aktual informasiya yalnız bir neçə addım uzağınızda, klikləyin! Texnologiyanın imkanlarını müasir tibbin xidmətinə təqdim edən Medicopin ilə yeni bir təcrübəyə hazırsınızmı? Etibarlı və aktual informasiya yalnız bir neçə addım uzağınızda, klikləyin!​