Fərdlərin (fərdi tibbi keçmişləri, ailə keçmişləri, xroniki xəstəlikləri, allergiyaları, peyvəndləri, istifadə etdiyi dərmanları, labaratoriya analizlərinin nəticələri və görüntüləmələr və. s.) kimi vacib səhiyyə məlumatlarının elektron məkanda saxlanması nəinki orqanizasyanı asanlaşdırar, həm də izləyə bilmə, yeniləmə və lazım olduqda mühüm məlumatları ailə və həkimlərlə paylaşa bilmə imkanı verər.
Medihis üzvlərinə, aşağıda göstərilənlər də daxil olmaqla, tibbi qayğının müxtəlif sahələrində köməklik göstərə bilər:
-
Təcili Tibbi Yardım və ya Səyahət Zamanı Tibbi Yardım: Səyahət zamanı hər hansı təcili tibbi yardım və ya tibbi müalicəyə ehtiyyac olduğu zaman online tibbi tarixcə səhiyyə işçilərini, xəstəylə bağlı vacib məlumatlarla təmin edə bilər.
-
Xroniki Xəstəliklərə Nəzarət: Bir və ya birdən çox xroniki xəstəlikləri olan xəstələrə, simptomların və labarotoriya test nəticələrinin nəzarətində və qeydiyyatında medihisin rolu əvəzsizdir. Bununla yanşı medihis onlara, öz müalicələrinə daha yaxşı diqqət etmələrinə kömək edə biləcək, labaratoriya test nəticələrini izləməyə də imkan verir.
-
Grafik ve Cədvəllər: Əgər xəstənin bir və ya birdən çox tibbi problemi varsa, onun vəziyyəti ilə əlaqədar hansısa nəticələr düzgün zamanda dəyərli ola bilər. Tibbi vəziyyəti göstərən kordinat əyrisi, proses zamani əsas götürülən məlumatların zaman və dəyər kimi qrafiklər üzərində əks etdirilməsi nəticəsində yaranır. Qeydiyyat aparılması tezliyinə əsaslanaraq daha da dəyər qazanan bu əyri sayəsində xəstənin keçmiş olduğu mərhələləri ilkin baxişda görmək mümkündür. Tibbi məlumatların ehtimal edilən nisbi dəyərlərlə və ya bir-birləriylə qrafiklər üzərində qarşılaşdırılması həm diaqnoz həm də müalicə prosesi zamanı düzgün və sürətli dəyərləndirmə aparılmasına imkan yaradır.
-
Ailə Səhiyyəsinin İdarə Olunması: Kiçik uşaqlar, yaşlılar və ailə fərdlərinin səhiyyəsinə nəzarət edən kəslər çox vaxt səhiyyə məlumatlarına nəzarətin çətin olmasını dilə gətirirlər. Bu sahədə medihisin istifadəsi səhiyyə qayğısı göstərən kəslərə bütün fərdlərin məlumatlarını vaxtlı vaxtında yenilənməsində və onların idarəsində əvəzsiz köməklik edə bilər.
-
Məlumatın Sürətli və Təhlükəsiz Ötürülməsi: Əgər xəstənin səhiyyə qedylərinə bütün və ya bir çox sağlamlıq qurumlarından nəticələr daxildirsə, medihis bütün fərqli yerlərdən olan nəticələrin bir koordinasiyasında əvəzsiz köməklik edə bilər. Medihis xəstələrə internet vasitəsiylə, Medicopin.com`un mütəxəssisləri və onun digər səhiyyə xidmətçiləri ilə təhlükəsiz bir kommunikasiya imkanı verir. Bu müəyyən məlumatların mübadiləsi üçün sürətli və mühüm bir vasitədir.
-
İllik Tibbi Yoxlama (Check ups): Medicopin.com`un medihis xidməti üzvlərini, ildə bir dəfə sahəsində ekspert bir endokronoloq tərəfindən həyata keçiriləcək tibbi dəyərləndirmə vasitəsiylə erkən diaqnoz və profilaktik tədbirlər xidməti ilə də təmin edir.
-
Uşaqların İnkişafı: Medihis, balaca üzvlərinin inkişafını (boy, kilo, baş çevrəsi) qrafiklər şəklində izləməyə və mümkün orta dəyərlərlə müqayisə etməyə imkan verir. Bununla yanaşı peyvəndlər cədvəlini də yarada biləcəyiniz bu online məkanda onlara daimi və asan əldəediləbilən bir tibbi arxiv hədiyyə edə bilərsiniz. Medihis sayəsində siz müəyyən zaman sonra xatırlanması mümkün olmayan tibbi məlumatların da daxil olduğu daimi və asan çıxışı olan tibbi arxiv yarada bilərsiniz. İstəsəniz, uşağınızın arxivinə elə ana bətnindəki ilk ultrasound analizindən başlayın.
Tibbi qeydlərinizin düzgün ardıcıllıqla saxlanması və lazım olan məlumatın asan əldəediləbilərliyinin vacibliyini aşağıda göstərilən tibbi qeydlərdə görəcəksiniz: